Beton döşəmə cilalama ilə kirli görünüşlü beton səthləri xüsusi səth təmizləyici maşınlar və almaz bıçaqları ilə cilaladıqdan sonra əlavə qatqı məhsulları tətbiq etməklə, mərmər və qranit parlaqlığı səviyyəsinə gətirmək olur.
Beton cilalama tətbiqlərinin digər alternativlərinə nisbətən çox üstün cəhətləri var.
• Betonun dayanıqlılığını artırır
• Aşağı tətbiq dəyərinin olması
• Asan saxlanılması və təmizlənməsi
• Təmir xərclərinin aşağı qiymətə başa gəlməsi
• İşığı əksetdiriciliyi sayəsində işıqlandırma xərclərini 40% -ə qədər azaldır
• Betonun sürüşməyə qarşı müqavimətini artırır
• Beton cilalandıqdan sonra 5-10 il sadəcə su ilə təmizlənmə ilə kifayətlənməsi
• Yanğına tamamilə davamlı olması
• Turşular və hər növ kimyəvi maddələrə və suya davamlılığı.
• Alternativ döşəmələrə nisbətən yük götürmə qabiliyyətinin yüksək olması.
• Beton mexaniki olaraq almazlarla bir dəfə cilalandıqda hər hansı bir örtük materialı kimi soyulması və ya qalxması mümkün deyil
• Ekoloji təmiz döşəmədir
Beton cilalama qətiyyən bir döşəmə üzləmə metodu deyil. Beton döşəməyə ətraf mühitə zəzər verəcək heç bir kimyəvi maddə tətbiq edilmir. Buna görə ekoloji cəhətdən təmiz, iqtisadi cəhətdən çox uzunömürlü və səmərəli döşəmə əldə edilir.
Bütün bu səbəblərə görə demək olar ki, betonun cilalanması gələcəyin döşəmə əldə etmə texnologiyasıdır.