Səs İzolyasiya
Səs izolyasiyası səs və küy qaz, maye və bərk maddələrin titrəmə yaratması zamanı əmələ gələn enerjidir. Tikililərdə səsin əmələ gəlməsi və yayılması həm hava, həm də zərbə mənşəli ola bilir. Səs izolyasiyasından bu iki qaynaqdan əmələ gələn səs kirliliyinin qarşısını almaq üçün istifadə olunur.
• Hava mənşəli səs yayılması, səs dalğalarının hava içərisindəki titrəşimi nəticəsində əmələ gələn gurultulara deyilir.( Musiqi, heyvan və insan səsləri və s.)
• Zərbə mənşəli səs yayılması isə bir əşyanın digərinə toxunması nəticəsində əmələ gələn gurultudur. (Tikililərdə insanların hərəkət səsləri və inşaat prosesində əmələ gələn səslər)
Səs və küylərin əmələ gəlmə mənşələri fərqli olduğu kimi onun həll yolları da fərqlidir. Səs izolyasiyası insan sağlamlığına neqativ təsirləri olan səs-küyün ən aşağı səviyyəyə endirilməsi üçün bina və iş yerlərində səsin təsirlərinin aradan qaldırılması üçün tətbiq edilən izolyasiya növüdür. Müasir dövrdə səs kirliliyinin yüksək səviyyəyə çıxması səs izolyasiyasına olan ehtiyacı da artırmışdır.
Səs izolyasiyası ilə səs və küylərin zərərli təsirlərini aradan qaldırıb, səssiz və rahat mühit əldə etmək mümkündür. Bu, insanın həm fiziki, həm də ruhi sağlamlığının qorunmasındakı başlıca səbəblərdən biri hesab olunur. Çünki istənilməyən səs və küylər eşitmə pozğunluğundan əsəb xəstəliklərinə, yuxusuzluqdan qan təyziqinin dəyişməsinə və ürək xəstəliklərinə səbəb ola bilir. Bina və iş yerlərimizin səs izolyasiyası xoşbəxt və sağlam bir həyat yaşamaq üçün lazım olan əsas vasitələrdəndir.